"Şagirdlərin sinif davranış qaydaları" mövzusunda təşkilat saatı keçirildi

03 mart 2025-ci il tarixində 3F sinfində Turanə Babayeva müəllimin təşkilatçılığı ilə "Şagirdlərin sinif davranış qaydaları" mövzusunda təşkilat saatı keçirilmişdir. Tədbir zamanı şagirdlərə sinif davranış qaydalarının bəndləri oxunmuş və izah edilmiş, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. Həmçinin, davranış qaydalarını əks etdirən divar qəzeti hazırlanmışdır.
Dərsdə UBRT - Qızılgül Cəfərova və məktəbin psixoloqu Nuranə Orucova da iştirak edərək, şagirdlərə faydalı tövsiyələrini vermişlər.
Tədbirin məqsədi şagirdlərin məktəb mühitində intizamlı və məsuliyyətli davranışlarını inkişaf etdirmək olmuşdur.