MÜƏLLİMLƏR İLƏ İCLAS

27 fevral 2025-ci il tarixində məktəb rəhbərliyi tərəfindən müəllimlərlə iclas təşkil edildi. İclasda məktəbin inkişaf planı ilə bağlı bir sıra vacib məsələlər müzakirə olundu. Müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində atılacaq addımlar və qarşıya qoyulmuş məqsədlər geniş şəkildə nəzərdən keçirildi.
Əlavə olaraq, şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürüldü. İclasın nəticəsi olaraq, bu sahədə bir sıra fəaliyyətlər planlaşdırılaraq yaxın gələcəkdə həyata keçirilməsi üçün müvafiq addımlar atılacaqdır.