Xocalı Soyqırımının 33-cü İldönümündə Anım Proqramı

28 nömrəli tam orta məktəbin 28 FM radio dalğası, hər həftənin cümə günü yayımlanmasına baxmayaraq, 26 fevral 2025-ci ildə Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə xüsusi proqram təqdim edib. Proqramda şagirdlər 26 fevral faciəsi haqqında məlumat verib, daha sonra həmin gün faciəli şəkildə dünyasını dəyişən soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu tədbir, məktəbimizin Xocalı soyqırımının əziz xatirəsini əbədiləşdirmək və gənc nəslə bu faciəni unutmamağı aşılamaq məqsədini daşıyır.