“Xocalı - qan yaddaşımız”

Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə məktəbimizin 1D sinfi xüsusi dərs keçirib. Bu dərsdə şagirdlər Xocalı hadisələrinin tarixi və mənəvi aspektlərini daha dərindən öyrənərək, faciənin cəmiyyətə və insanlığa vurduğu dəhşətli təsirləri öz təxəyyüllərində canlandırmağa çalışıblar. Sinif rəhbəri tərəfindən faciə ilə bağlı ətraflı məlumatlar təqdim olunub, tarixi faktlar və şahid ifadələri ilə şagirdlərin məlumatlandırılması həyata keçirilib. Tədbirin davamında Xocalı faciəsini əks etdirən video və animasiya materialları nümayiş olunub. Bununla yanaşı, şagirdlər rəsmlər üzərində rəngləmə işləri apararaq, faciənin əlamətlərini və təsirlərini vizual olaraq ifadə ediblər. Tədbir zamanı şagirdlərin göstərdikləri diqqət, həyəcan və emosional reaksiyalar yüksək qiymətləndirilib, onların bu mövzudakı dərindən düşünmələri təqdirəlayiq olub