Xocalı – Tarixin Sınağı

Fevralın 26-da məktəbdə ilk dərslər “Xocalı soyqırımı”-nın 33-cü ildönümünə həsr edilib.
2B şagirdləri sinif rəhbərləri Bayramova İlhamə müəllimənin təşkilatçılığı ilə sinifdaxili tədbir keçirib.Tədbir zamanı şagirdlər Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, faciənin dəhşətlərini əks etdirən şeirlər səsləndiriblər. Eyni zamanda, soyqırıma həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.