"Xocalı - Yeni Tarixi İzlərlə" Rəsm Sərgisində İştirakımız

25 fevral 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu üzrə Gənclər və İdman Sektoru tərəfindən Sabunçu Gənclər Evində "Xocalı - Yeni Tarixi İzlərlə" adlı rəsm sərgisi təşkil olunub. Tədbirin əsas məqsədi Xocalı faciəsinin unudulmaz izlərini rəsm əsərləri vasitəsilə əks etdirmək və gənc nəsildə tarixi yaddaşı möhkəmləndirmək olub. 

Məktəbimizin 7G sinif şagirdi Hüseynzadə Mədinə sərgidə iştirak edərək öz rəsm əsərini təqdim edib. Şagirdin yaradıcılığı və rəsm əsərindəki dərin mənalar yüksək qiymətləndirilib. Tədbirə məktəbimizin təsviri incəsənət müəllimi Abasova Fatimə də qatılaraq şagirdimizin təqdimatına dəstək göstərib.

Sərginin sonunda fəal iştirakımıza görə məktəbimiz təşəkkürnamə ilə təltif olunub. Bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunun formalaşmasına, tarixi hadisələri daha dərindən dərk etmələrinə və yaradıcılıqlarını inkişaf etdirmələrinə mühüm töhfə verir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi