"Ana dili – milli varlığımızdır"

Ana dili aylığı çərçivəsində Azərbaycan dili müəllimlərinin birgə təşəbbüsü ilə "Ana dili – milli varlığımızdır" adlı tədbir təşkil edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi olaraq açıq elan olundu.

Tədbir çərçivəsində iştirakçılar ana dilimizin zənginliyini və milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayan bir-birindən maraqlı şeirlər və mahnılar səsləndirdilər. Həmçinin, Səməd Vurğunun "Vaqif" dramından və İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" dramından seçilmiş səhnələr tamaşaçılara təqdim edildi.

Bundan əlavə, "Dilimizin saflığını qorumaq borcumuzdur" mövzusunda şagirdlərin iştirakı ilə səhnəciklər nümayiş etdirildi. Bu səhnəciklər vasitəsilə ana dilimizin qorunması və inkişaf etdirilməsinin hər kəsin üzərinə düşən məsuliyyət olduğu bir daha diqqətə çatdırıldı.

Tədbirin sonunda müəllimlər və şagirdlər ana dilimizin saflığını qorumağın vacibliyi haqqında fikirlərini bölüşərək, bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi