"Dilim mənim, Anam mənim"

Məktəbimizin riyaziyyat müəllimi Rzayeva Günelin təşkilatçılığı ilə sinif rəhbəri olduğu 5G sinfinin "Dilim mənim, Anam mənim" adlı təşkilat saatı məktəbin kitabxanasında keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Şagirdlər 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş şeirlər səsləndirdilər və mövzu ilə bağlı təqdimatlar nümayiş etdirdilər. Tədbirdə dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitə olduğu vurğulandı. Qeyd edildi ki, hər kəs öz ana dilini mükəmməl bilməli, onu qorumalı və gələcək nəsillərə ötürməlidir.
Ana dili insanın dünyagörüşünün formalaşmasında, təhsil almasında, milli kimliyinin və mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, millətin özünəməxsusluğunu saxlamaqla yanaşı, digər xalqların mədəni irsi ilə tanış olmağa və onlarla ünsiyyət qurmağa imkan yaradır. Dilin dövlət dili statusu qazanması isə milli kimliyin təsdiqi və dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Azərbaycan dili də bu tarixi hadisəni yaşamış və milli qürurumuzun simvoluna çevrilmişdir.
Tədbirdə məktəbin kitabxana müdiri Məmmədova İradə xanım da iştirak edərək, ana dilimizin önəmi ilə bağlı fikirlərini şagirdlərlə bölüşdü.