"Zamansız şair, şairsiz zaman" adlı dəyirmi masa

17 fevral 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı fənn aylığı çərçivəsində məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Leylanın və kitabxana müdiri Məmmədova İradənin təşkilatçılığı ilə görkəmli şairimiz Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş "Zamansız şair, şairsiz zaman" adlı dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər şairin həyat və yaradıcılığı barədə geniş məlumat verərək onun poeziyasının bədii xüsusiyyətlərini vurğuladılar.  

Şagirdlər Zəlimxan Yaqubun seçilmiş şeirlərini böyük sevgi və həvəslə səsləndirdilər, onun yaradıcılığının milli ruhu və bəşəri dəyərləri əks etdirdiyini vurğuladılar. Tədbir zamanı şairin xalqımızın mənəvi dünyasında oynadığı rol və ədəbiyyatımızdakı əhəmiyyəti geniş müzakirə olundu.  

Dəyirmi masa məktəbdə ədəbiyyata marağın artırılması, şagirdlərin bədii söz sənətinə daha dərindən bələd olması və mütaliəyə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Şagirdlərin fəal iştirakı tədbirin maraqlı və yaddaqalan keçməsinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi