"Azadlığa gedən yol" adlı rəsm sərgisində şagirdimizin uğurlu rəsm əsəri
16 yanvar 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin qan yaddaşımıza həsr olunmuş "Azadlığa gedən yol" adlı rəsm sərgisində Bakı şəhəri 28 nömrəli tam orta məktəbi UBTR Cəfərova Qızılgül, gənc müəllim Abasova Fatimə və istedadlı şagird Məmmədli Nəzrin təmsil etmişdi.
Sərgidə Məmmədli Nəzrinin 20 Yanvar faciəsini bütün incəliyi ilə təsvir edən rəsm əsəri yüksək qiymətləndirilmiş və iştirakçıların böyük rəğbətini qazanmışdı. Tədbir, həm yaradıcılıq, həm də vətənpərvərlik ruhunun birləşdiyi unudulmaz bir an kimi yadda qaldı.