Riyaziyyat aylığı çərçivəsində açıq dərs təşkil olundu

Riyaziyyat aylığı çərçivəsində 28 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Hüseynova Sevil 7C sinfində “Birhədli və çoxhədlilər” mövzusunda açıq dərs keçirmişdir.  

Dərs müasir təhsil standartlarına tam cavab verərək şagirdlərin yaradıcı təfəkkürünün inkişafını hədəfləmişdir. Müəllim tərəfindən dərsin effektivliyini artırmaq üçün əl işləri və müxtəlif interaktiv vasitələrdən istifadə edilmişdir. Bu yanaşma dərsi daha maraqlı və şagirdlər üçün yadda qalan bir tədris prosesinə çevirmişdir.  

 

Açıq dərsin əsas məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını artırmaqla yanaşı, onların məntiqi və yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirmək olub. Bu cür təşəbbüslər tədris prosesini zənginləşdirir və şagirdlərin riyaziyyata marağını artırır.

Məktəbimizin pedaqoji kollektivi Hüseynova Sevil müəlliməyə bu uğurlu dərsi təşkil etdiyi üçün təşəkkür edir və gələcək işlərində müvəffəqiyyətlər arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi