Riyaziyyat aylığı çərçivəsində keçirilən bilik yarışı

25  dekabr tarixində məktəbimizdə Riyaziyyat aylığı çərçivəsində riyaziyyat müəllimi Sevil Hüseynovanın təşkilatçılığı ilə məktəblilər arasında bilik yarışı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

   Yarış komanda şəklində üç mərhələdən ibarət olmaqla 10 məktəb arasında təşkil edilmişdir. Suallar Kahoot proqramı üzərindən hazırlanaraq təqdim olunmuşdur. Qalib komandalar diplomlarla təltif edilmiş, digər komandalara isə fəal iştiraklarına görə təşəkkürnamələr verilmişdir.  

   Mərhələlər arasında bir-birindən maraqlı rəqslər nümayiş etdirilmişdir. Tədbirdə məktəbin musiqi müəllimi Arif müəllimin pianoda müşayiəti ilə Qarabağ rəqsi səsləndirilmiş, istedadlı şagirdlərin ifasında rəqslər təqdim olunmuşdur. 

  Bu tədbir məktəblilər arasında riyaziyyat sahəsinə marağın artırılması, komanda işinin təşviqi və milli mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyət kəsb etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi