"ƏN YAXŞI APARICI"
Məktəbimizin AKT zalında, məktəbin UBTR-i Qızılgül Cəfərovanın təşkilatçılığı ilə "ƏN YAXŞI APARICI" yarışmasının ilk seçim turu keçirilmişdir. Yarışma, şagirdlərin aparıcılıq bacarıqlarını nümayiş etdirmək və ən istedadlı olanları seçmək məqsədini daşıyırdı. Tədbirdə iştirak edən şagirdlər, qoyulan tələblərə uyğun şəkildə çıxış edərək, növbəti mərhələyə keçmək hüququ qazanmışlar.
Məktəbin direktoru Qənirə Əmircanova, təşkilatçılar, müavinlər və digər müəllimlər münsiflər heyəti kimi fəaliyyət göstərərək, iştirakçıların çıxışlarını qiymətləndirmişlər. Tədbir böyük maraqla qarşılanmış, şagirdlər arasında sağlam rəqabət və qarşılıqlı dəstək ruhu yaradılmışdır. Bu cür tədbirlər şagirdlərin öz bacarıqlarını inkişaf etdirmək və üzə çıxarmaq üçün əvəzsiz imkanlar təqdim edir.