Məktəblərdə BilBacar müsabiqəsinə start verilib

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilir. Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması, eyni zamanda xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsi nəzərdə tutulur.

Bu gün baş tutan müsabiqədə şagirdlərə 60 sual (riyaziyyat – 20 sual, oxu – 20 sual, təbiət elmləri – 20 sual) təqdim edilib.Şagirdlərimiz müsabiqədə uğurla iştirak ediblər.

    BilBacar müsabiqəsinin keçirilməsində məqsəd  VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi