Şagird Təhlükəsizliyinin Qorunması Məqsədi ilə IX Siniflərdə Valideyn İclaslarının Keçirilməsinə Başlanıb.

Bakı şəhər Sabunçu rayonunda yerləşən 28 nömrəli tam orta məktəbin rəhbərliyi şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə önəmli tədbirlər həyata keçirməyə davam edir. Bu istiqamətdə məktəb rəhbərliyi IX sinif şagirdlərinin valideynləri üçün xüsusi iclaslar təşkil edir.

İclasların əsas məqsədi məktəbdə və məktəbə yaxın ərazilərdə şagirdlərin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək, valideynləri bu barədə məlumatlandırmaq və onların rəy və təkliflərini dinləməkdir. Təhlükəsizlik qaydalarının düzgün şəkildə tətbiqi, şagirdlərin məktəb daxilində və xaricində nizam-intizamının qorunması kimi mövzular iclasların diqqət mərkəzində olacaq.

Məktəb rəhbərliyi, şagird təhlükəsizliyinin yalnız məktəb kollektivinin deyil, həm də valideynlərin birgə səyi ilə qorunmasının vacibliyini vurğulayaraq, valideynlərin təklif və şərhlərinə hər zaman açıq olduğunu bildirir. Məktəbin direktoru iclaslarda iştirakın valideyn-şagird-məktəb əməkdaşlığının möhkəmləndirilməsi baxımından vacib olduğunu qeyd edib.

Şagirdlərin gələcək inkişafı və rifahı üçün təhlükəsiz bir mühitin yaradılması məktəb rəhbərliyinin prioritetlərindən biridir. Bu səbəbdən, belə iclasların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Valideynlərə məktəb rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edir və hamını övladlarının təhlükəsizliyi ilə bağlı tədbirlərdə fəal iştirak etməyə çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi