2 sentyabr 2024 -cü il tarixində Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə valideyn iclası keçirilib.

2 sentyabr 2024 -cü il tarixində Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə valideyn iclası keçirilib. 
 İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının konsitutsiyası və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əbədi xatirəsinin 1 dəqiqəlik sükutla  anılmasından sonra başlayıb.
İclasın əsas məqsədi müəllim, şagird və valideynlər arasında səmərəli və düzgün ünsiyyətin qurulması istiqamətində olub.  
İclasda çıxış edən məktəbin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanova Dövlət və özəl ümumtəhsil məktəblərində məktəb-müəllim-ailə üçbucağının müxtəlif formalı görüşlərinin keçirildiyini, bu görüşlərdə əsas diqqət şagirdlərin uğurlarına yönəldildiyini və bu sahədə  əməkdaşlığın təmin edilməsi zəruri sayıldığını bildirib. 

Qənirə Əmircanova  onuda əlavə edib ki, müşahidələr göstərir ki, əksər ailələrdə  “məktəblə ünsiyyət” mövzusuna münasibət birmənalı deyil. Valideynlərin bir qismi məktəblə ünsiyyətdən qaçır. Buna səbəb onların övladları ilə bağlı şikayətlər, şagirdin qiymətlərinin və ya davranşının qənaətbəxş olmaması ilə bağlı xəbərdarlıqlar və s. eşitmək istəməməsidir. Nəticədə ailələrdə tərəddüd, qorxu, etinasızlıq və qəzəb duyğuları yaranır. Bu neqativ halları aradan qaldırmaq və valideynlərin övladlarının təhsilində fəal iştirakını davam etmək üçün məktəb və müəllimin üzərinə düşən böyük məsuliyyətindən danışıb.

İclasda valideynlərin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Daha sonra valideynlərlə şagirdərin qarşıdakı tədris ili, hədəf və məqsədlər, yanaşma və təcrübələr haqqında , eyni zamanda, il ərzində sinfin qatılacağı tədbirlər, uşaqların dərnəklərdəki fəaliyyəti, dərs ili boyunca gediləcək ekskursiyalar, muzey və qalereyalar, kino və teatr tamaşaları ilə bağlı təkliflər də müzakirə olunub.
Tədbirin sonunda yüksək nəticə göstərən şagirdlərin valideynlərinə “Təşəkkürnamə”təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi