“Ətraf mühiti qoruyaq ”mövzusunda açıq havada dərs

Məktəbimizin təbiət müəllimi Sevinc Mövlamverdiyeva VIII F  sinif şagirdləri ilə “Ətraf mühiti qoruyaq ”mövzusunda açıq havada dərs keçirib.

    Dərsin məqsədi şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ekoloji məlumatlılıq səviyyəsini və ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir.Dərs zamanı gənc nəslin ətraf mühit ilə bağlı bilgilərinin möhkəmləndirilməsi üçün məktəblərdə ekoloji təbliğata daha çox fikir verilməli olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, hazırda dünyada təbiətlə insan təmasında balans pozulur və bu problemin qarşısının alınması gələcək nəsillər üçün çox vacibdir.

Bununla yanaşı, şagirdlərə ekoloji sahədə görülməsi zəruri olan işlərdən, təbiətin insanlara verdiyi nemətlərdən səmərəli istifadə olunmasının yolları barədə məlumat verilmişdir.

 Şagirdlərin sualları cavablandırılmış, bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi