Pedaqoji şura iclası
İyunun 1-i məktəbdə növbədənkənar Pedaqoji şura iclası keçirilib.
İclasın təşkilində məqsəd pedaqoji heyəti “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli Kollegiyasının KQ-07 nömrəli qərarı barədə məlumatlandırmaq idi.
İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru Qənirə Əmircanova Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin Kollegiyasının “15” may 2024-cü il tarixli KQ-07 nömrəli “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı və qərardan irəli gələn öhdəlikləri müəllimlərin nəzərinə çatdırıb.
Təhsilverənlərin etik davranış prinsipləri, xidməti davranışı, xidməti fəaliyyətindən kənar davranışı, eyni zamanda tədris ilinin sonuna uyğun olaraq digər vacib məsələlər haqqında müzakirələr aparılıb.
Sonda iclasda iştirak edən təhsilverənlər qaydalarla tanış olduqları barədə müvafiq sənədi imzaladılar.