“BÖYÜK HƏYATIN ASTANASINDA” mövzusunda “dəyirmi masa”
Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 -ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Məktəbimizin tarix müəllimi Həsən Xələfov tərədindən “BÖYÜK HƏYATIN ASTANASINDA” mövzusunda “dəyirmi masa” keçirilib. Dəyirmi masada çıxış edən Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıb. Bildirib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. onra “dəyirmi masa”da çıxış edən müəllim və şagirdlər görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Bugünkü güclü, qüdrətli Azərbaycanın Ulu öndərin şah əsəri olduğu bildirilib.