“Səmərəli dərsin təşkilinə verilən tələblər” mövzusunda IV modul üzrə təlim
Məktəbin İnkişaf Planının yazılması prosesinin davamı olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən öncədən “Məktəbin İnkişaf Planı” yazılan 30 ümumtəhsil məktəb müəllimlərinin peşəkar inkişafına dəstək məqsədi ilə 4 moduldan ibarət təlimlər sona çatdı.
18.04.2024-cü il tarixində “Səmərəli dərsin təşkilinə verilən tələblər” mövzusunda IV modul üzrə təlim təşkil edildi.
Bu modulda əsas məqsəd təlimdə iştirak edən müəllimlər səmərəli dərsin təşkilinə verilən tələblərin vacibliyini və bu tələbləri nəzərə alaraq effektiv dərs planı hazırlamalarıdır.
Bu təlimlərdə məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Şüküova və ibtidai sinif müəllimi Qönçə Məmmədova iştirak edib,öyrəndikləri məlumatları öz əməkdaşları ilə bölüşüblər.