“Rənglər dünyasına səyahət”

29.11.2023 tarixində Bakı şəhər 28 nömrəli tam orta məktəbin kimya və biologiya müəllimi Xəyalə İsmayılova tərəfindən Kimya və biologiya aylığına həsr olunan “Rənglər dünyasına səyahət” adlı tədbir keçirilib. 

Tədbirin məqsədi kimya və biologiyanın tədrisinə şagirdlərin marağını artırmaq, simuliyasiya proqramlarından istifadə edərək özləri sərbəst öyrənməyə sövq etmək, onları tədbir çərçivəsində müxtəlif praktik fəaliyyətlərə cəlb etmək idi. Tədbir zamanı "Təbiət fənləri üzrə İKT" təlimində istifadə olunan innovativ alətlərin izahına geniş yer verildi. Tədbirdə şagirdlər AR alətlərindən istifadə edərək orqanların quruluşunu və orqanizmdə yerləşməsini vizuallaşdırdıraraq hər orqan haqda ətraflı məlumat verdilər.Kimya fənni üzrə keçirilən "Rənglər dünyası" tədbirində İTE Azərbaycan təşkilatının Proqram departamentinin direktoru İlahə Fazilova, İTE Azərbaycan təşkilatının Məzmun və Təlimçi hazırlığı üzrə Baş mütəxəssisi Təranə İbrahimova, Aqrar üzrə fəlsəfə doktoru,dosent,Odlar Yurdu  Universitetin "Biologiya və ekologiya" kafedrasının müdirinin müavini Tamilla Kərimova, Gənc kimya müəllimlər birliyinin sədri, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin kimya müəllimi Vəfa Kərimli  qonaq qismində iştirak ediblər. Tədbirdən maraqlı təcrübələri sizinlə paylaşırıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi