Şagirdlərinin Zoologiya müzeyinə səfəri

2023-2024-cü tədris ilində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin Fəaliyyət Planına əsasən noyabr ayı  kimya - biologiya aylığıdır.
18.11.2023 -cü il tarixində biologiya aylığı çərçivəsində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin fəaliyyət planına  uyğun olaraq məktəbin 8 -ci,9-cu və 10-cu sinif şagirdləri məktəbin biologiya müəllimi İlahə Əhmədovanın təşkilatçılığı ilə Zoologiya muzeyinə səfəri baş tutub.  Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 eksponat sərgilənir. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Zooloji muzeyin kolleksiya fondu 295 növə aid 5984 quş təpməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi