Monitorinq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 28 nömrəli tam orta məktəbin IV, VI, VII və VIII siniflərində 23 oktyabr 2023-cü il tarixində monitorinq keçirilib.
BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.
Məktəbimizin IV sinfində 253, VI sinfində 273, VII sinfində 239, VIII sinfində 253 şagird təhsil alır.