"Alpaqut" idman yarışlarında uğurlu çıxışlarına görə 6 "C" sinif şagirdi Bədəlov Murad gümüş medala layiq görülüb.Yaradıcısı Vasif Namazov olan Alpaqut federasiyasının təşkil etdiyi yarışlara indiyədək dünya üzrə 740 nəfər azyaşlı qatılmışdır. Onlardan 18 nəfərinin bizim respublikadan olması qürurvericidir. Onu da qeyd edək ki, bu yarışlarda idmançılarımız respublikamıza 4 qızıl medal qazandırmışlar.