Beynəlxalq Uşaq Televiziyası Günü

  Bu gün “Beynəlxalq Uşaq Televiziyası Günü"  məktəbimizdə də qeyd olundu. Belə ki,  rus bölməsinin 3 "E" sinif şagirdləri informatika otağında toplaşaraq Aygün və Gülnarə müəllimin Beynəlxalq Uşaq Televiziyası günü haqqında söylədikləri məlumatları dinlədilər.  Verilən məlumatlara görə ötən əsrin sonlarından BMT tərəfindən hər il 11 dekabr Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev uşaqları çox sevirdi və hər il "Uşaqların Beynəlxalq Televiziya və Radio Günü" münasibətilə keçirilən şənlikdə iştirak edirdi. O, 1997-ci il  14 dekabrda keçirilən şənlikdə demişdi: “Əziz uşaqlar, əziz balalar! Mən sizi, müstəqil Azərbaycan Respublikasının bütün uşaqlarını Beynəlxalq Televiziya və Radio Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoşbəxt həyat, xoşbəxt gələcək arzulayıram. Biz sizə böyük ümidlərlə baxırıq. Azərbaycanın gözəl gələcəyi var. Bunun uğrunda mən həyatımı sərf etmişəm, bundan sonra da sərf edəcəyəm. Sizə görə, Azərbaycanın gələcəyinə görə. Amma bilin ki, siz müstəqil Azərbaycanda yaşayırsınız.  Siz bizim  işimizin davamçılarısınız. Biz gələcəyi sizə tapşırırıq”. Uşaqlar onlar üçün yeni olan bu məlumatları böyük maraqla dinlədilər. Sonda elektron lövhədə cizgi film izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi