27 Sentyabr Anım Günü

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na, Bakı şəhəri Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq ilk dərs saatları Anım Gününə həsr olundu. 

Dərslər Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi. Dərs boyu şagirdlər 44 günlük zəfər tariximizdən söhbət açıb, şəhidlərə həsr olunmuş şeir və musiqilər səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi