Bilik Günü

Bilik Günü

Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində olduğu kimi Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd olunub. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Südabə Abdullayeva müəllimləri, valideynləri və şagirdləri təbrik edib. Ölkə prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən, həmçinin işğaldan azad olunmuş ərzilərimizdə fəaliyyətə başlamış məktəblərimizdən qürurla danışıb. Direktorun çıxışından sonra məktəbimizin qonaqları Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı, şahidlərin ailə üzvləri, fəxri məzun valideynlərinə söz verildi. Onlar yeni dərs ilində şagirdlərə uğurlar arzu etdi. Daha sonra tədbir birincilərin rəngarəng çıxışı ilə davam etdi. Tədbirdən sonra ilk zəng səslənərək birincilər sinif otaqlarına yola salındı.

İlk dərs saatları 2-11-ci siniflər üzrə "Yaşıl dünya naminə həmrək olaq" mövzusuna həsr olunub.

#SalamMekteb

#279nömrəlitamoartamekteb #BilikGunu #Salammekteb #təhsil #müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi