Kiçik Akademiya

Kiçik Akademiyanın üzvləri təltif olundu"Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz" mövzusunda keçirilən Kiçik Akademiyanın üzvləri arasında şagird təqdimatları izlənildi. Fərqlənən Kiçik Akademiyanın üzvləri Sertifikatla təltif olundu.

Ətraflı

"Kiçik Akademiya" üzvləri tərəfindən ekoloji guşə yaradıldı  Bakı Şəhəri Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq "Kiçik Akademiya" üzvləri tərəfindən ekoloji guşə yaradılmışdır.

Ətraflı

"Kiçik Akademiya" üzvləri təqdimatlarla çıxış etdilər  Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası üzrə "Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi" bəndinə uyğun olaraq "Kiçik Akademiya" üzvləri təqdimatlarla çıxış etdilər.

Ətraflı

Kopernik OlimpiadaKopernik Olimpiada təşkilatı ABŞ-da yerləşir, missiyası tələbələrin elmi işlərə marağını artırmaqdır. Tələbələr üçün dinamik platforma olan Kopernik Olimpiada platforması dünya səviyyəli olimpiada yarışlarını təşkil edir və onlara ev sahibliyi edir. Dünyanın hər yerindən yüzlərlə tələbə beynəlxalq yarışlara dəvət olunur. Bu il Kopernik olimpiadasında 11-ci sinif şagirdi Məmmədova Qəndab məktəbini layiqincə təmsil etmiş və 1-ci yerə (qızıl medala) layiq görülmüşdür. Bununla o, Amerikada keçiriləcək beynəlxalq raundda Azərbaycanı təmsil etməyə haqq qazanmışdır.

Ətraflı

"Kiçik Akademiya"nın iclasıBu gün "Kiçik Akademiya"nın növbəti iclası keçirildi. Şagirdlər seçdikləri mövzu haqqında məlumat verdilər. Mövzular əsasən Qarabağ haqqında, işğaldan azad olunmuş bölgələr- florası, faunası, ekologiyası, görkəmli şəxsiyyətləri, mədəniyyəti və "Xarıbülbül Qələbə simvoluna necə çevrildi?" adlı mövzular üzrə araşdırma apardıqlarını bildiridilər.

Ətraflı

Məktəbimizin komandası təltif edildiMəktəbimizin komandası "27 sentyabr "Anım Günü"nə həsr edilmiş "Qarabağ Azərbaycandır!" - işğaldan azad olan torpaqlarımız" mövzusunda Suraxanı rayon tam orta məktəb komandaları arasında keçirilmiş bilik yarışında 1-ci yeri tutduğuna görə diplomla təltif edildi.

Ətraflı

"Kiçik Akademiya"nın üzvü təltif edildiŞagirdimiz Aytac Eyvazlı "27 sentyabr Anım Gününə həsr edilmiş "Qarabağ Azərbaycandır! - işğaldan azad olan torpaqlarımız" mövzusunda Suraxanı rayon tam orta məktəb komandaları arasında keçirilmiş bilik yarışında 1-ci yeri tutduğuna görə Diplomla təltif edildi.

Ətraflı

"Kiçik Akademiya" üzvləri ilə ekoloji mövzularda layihələrin hazırlanması  2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihəyə start verilib. Bununla əlaqədar "Kiçik Akademiya" üzvləri ilə ekoloji mövzularda layihələrin hazırlanması istiqamətində fəaliyyətin icrası baş tutub. Ekoloji fəaliyyət Aytən müəllimin təşkilatşılığı ilə həyata keçirilib.

Ətraflı

"Kiçik Akademiya''nın humanitar fənlər bölməsi üzrə növbəti seminarı  "Kiçik Akademiya''nın humanitar fənlər bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər hazırladıqları referatlar və təqdimatlarla çıxış etdilər. Təqdimatlar Zəfər tariximiz, Qarabağ atları, Xarıbülbül və başqa mövzuları əhatə etdi. Tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva, "Kiçik Akademiya"nın rəhbəri Təranə Rəcəbova və tarix müəllimi Nərmin Səfərli seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdilər.

Ətraflı

"Kiçik Akademiya"nın seminarı  10 May Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq "Kiçik Akademiya''nın Humanitar fənlər bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər hazırladıqları referatlar və təqdimatlarla çıxış etdilər. "Kiçik Akademiya"nın rəhbəri Təranə Rəcəbova və tarix müəllimi Nərmin Səfərli seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdilər.

Ətraflı

"Rəqəmsal gələcəyə addım""Rəqəmsal gələcəyə addım" proqramlaşdırma müsabiqəsində 5-7-ci siniflər katiqoriyası üzrə iştirakiına görə 5d sinif şagirdi Qasımzadə Leyla Sertifikatla təltif olunmuşdur.

Ətraflı

Respublika üzrə “Kod Saatı: Rəqəmsal Gələcəyə addım” müsabiqənin final mərhələsiRespublika üzrə “Kod Saatı: Rəqəmsal Gələcəyə addım” müsabiqənin final mərhələsində məktəbimizin 5d sinif şagirdi Qasımzadə Leyla iştirak etmişdir. 14 dekabr tarixdə saat 09:00-dan 18:00-dək Fairmont Hotel Baku, Nizami Gəncəvi zalında canlı hakaton formatında həyata keçirilən müsabiqədə iştirak edən Leyla iştirakçı Sertifikatı ilə təltif edilmişdir.

Ətraflı

Lütfi Zadə adına Məktəblilərin III Məntiq OlimpiadasındaAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərin III Məntiq Olimpiadasında fəal iştirakına görə Abbaszadə Zaur Arzuman oğlu Sertifikatla təltif olunmuşdur.

Ətraflı

Bilik YarışıSuraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Suraxanı Rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Fizika üzrə Suraxanı Rayon tam orta məktəb şagirdləri arasında keçirilmiş bilik yaraşında fərqləndiyinə görə 11a sinif şagirdi Məlikov İslam Fəxri Fərmanla təltif olunmuşdur.

Ətraflı

Kenquru müsabiqəsiKenquru müsabiqəsində iştirakına görə Abbaszadə Zaur Sertifikatla təltif olunmuşdur.

Ətraflı

"Kiçik araşdırmalar böyük böyük kəşflərə imza atır""Kiçik araşdırmalar böyük böyük kəşflərə imza atır" adlı müsabiqədə fənlərə və layihələrin hazırlanmasına böyük maraq göstərdiyinə görə 6d sinif şagirdi Abbaszadə Yaşar Diplomla təltif olunmuşdur.

Ətraflı

"Kiçik Akademiya" haqqında ƏsasnaməI. Ümumi müddəalar 1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.4. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı

"Kiçik Akademiya"nın təqdimatçı şagirdlər ilə görüşü  Kiçik Akademiyanın təqdimatçı şagirdləri ilə görüş keçirildi. Akademiyanın prezidenti, kimya-biologiya dərsini tədris edən Təranə Rəcəbovanın təşkilatçılığı ilə keçirilən görüşdə  şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Qeyd edək ki, müəllim və şagird yoldaşları tərəfindən verilən dəyərli məlumatları, tövsiyələri yüksək qiymətləndirən təqdimatçılar fikir mübadiləsi edərək axtarışlara, yeniliklərə həvəs göstərirlər.  Müxtəlif fənlər üzrə hazırlanan təqdimatlar şagirdlərin dünyagörüşünü, araşdırma qabiliyyətini, savadını, ümumilikdə, potensialını inkişaf etdirərək onları gələcək fəaliyyətlərində alim kimi yetişdirməyə xidmət edir. Fənlər üzrə seçim turunda iştirak edən şagirdlərin hazırladıqları ən yaxşı iki təqdimat seçilərək məktəb turuna təqdim olunur.

Ətraflı

"Kiçik Akademiya"nın növbəti iclası  Kiçik Akademiyanın növbəti iclası keçirildi. Akademiyanın prezidenti, kimya-biologiya dərsini tədris edən Təranə Rəcəbovanın təşkilatçılığı ilə keçirilən iclasda şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Əsasən rus bölməsi üzrə biologiya, kimya, coğrafiya və tarix fənlərindən təqdimatların təqdim olunduğu iclasda müəllim və şagird yoldaşları tərəfindən verilən dəyərli məlumatlar, tövsiyələr yüksək qiymətləndirildi. Təqdimatçılar fikir mübadiləsi edərək axtarışlara, yeniliklərə həvəs göstərirlər.  İclas rəhbərlik tərəfindən izlənildi.

Ətraflı

"Kiçik Akademiya"Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6-cı bəndinin icrasını təmin etmək, istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək məqsədilə məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın yekun konfransı keçirildi. Konfrans Akademiyanın prezidenti- kimya müəllimi Təranə Rəcəbovanın iştirakı ilə baş tutdu. Konfransda 6 "D", 7 “A”, 8 “A”, 6 “E”, 7 “D”, 9 “D”, 10 “D” sinif şagirdlərinin təbiət elmləri, riyaziyyat-informatika və humanitar fənlər üzrə hazırladıqları layihələr rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Konfransın sonunda şagirdlər həvəsləndirici sertifikatlarla mükafatlandırıldılar.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Nicat Ələkbərov Bayram

Qəndab Məmmədova Şaiq

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Nicat Ələkbərov Bayram

Qəndab Məmmədova Şaiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi