HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagird tutumu 1170 yerlikdir. Məktəb ikinövbəlidir. Məktəbin həyətyanı sahəsində yaradılmış "Çiçək bağı"nda iyun, iyul və sentyabr ayları ərzində şagirdlərin açıq havada dərs keçmələri üçün xüsusi şərait yaradılmışdır.

  Məktəb 2011- ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib olmuşdur.

  2020-2021-ci tədris ili üzrə reytinq cədvəlində ölkə məktəbləri arasında 174-cü, Bakı şəhəri məktəbləri arasında 53-cü, rayon məktəbləri arasında isə 3-cü yerə layiq görülmüşdür. 2020-2021-ci tədris ilində şagirdlərdən 12 nəfər fərqlənmə attestatı - qırmızı attestat almışdır.

 Məktəb 2021-2022-ci tədris ili üzrə reytinq cədvəlində Bakı şəhəri məktəbləri arasında 54-cü, Suraxanı rayon məktəbləri arasında 2-ci yerə layiq görülmüşdür. 9 nəfər fərqlənmə attestatı - qırmızı attestat almışdır.

   Hazırda məktəbdə 1480 şagird təhsil alır. Həmin şagirdlərin təlim - tərbiyəsi ilə 100 nəfər müəllim məşğul olur. Məktəbdə "Sağlam Təhsil", "Rəqəmsal bacarıqlar" layihələri tətbiq olunur. Qeyd edək ki, məktəb həm də fiziki sağlamlığı məhdud olan şagirdlərin ev təhsilinə cəlb olunması üzrə kurator məktəbdir.

    Məktəbdə Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Belə ki, "Şuşa İli"nə həsr olunmuş guşələr, həmçinin "Zəfər güşəsi" yaradılmışdır. Suraxanı rayonunun 61 şəhidinin adı məktəbin akt zalına, idman zalına, kitabxanaya və sinif otaqlarına verilərək onlar haqqında məlumat guşələri yaradılmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi