"Alpaqut" idman yarışının mükafatlandırma mərasimi

  Məktəbimizdə şagirdlərin hərtərəfli, o cümlədən, fiziki inkişafına böyük diqqət yetirilir. Bugünkü tədbir də idman sahəsində uğur qazanan şagirdlərin təltif olunma mərasimi ilə bağlı oldu. Mərasimdə məktəbin direktoru Südabə xanım Abdullayeva, Mərkəzi Ordu İdman klubunun baş məşqçisi İnşallah Camalov və məşqçi Abbas Abbasov iştirak etdilər. "Alpaqut" idman yarışlarında uğurlu çıxışlarına görə 6 "C" sinif şagirdi Bədəlov Murad gümüş, 7 "A" sinif şagirdi Bədəlov Sənan isə bürünc medala layiq görüldülər. Təltifolunma mərasimində onların mükafatları təqdim edildi.

  Yaradıcısı Vasif Namazov olan Alpaqut federasiyasının təşkil etdiyi yarışlara indiyədək dünya üzrə  740 nəfər azyaşlı qatılmışdır. Onlardan 18 nəfərinin bizim respublikadan olması qururvericidir. Onu da qeyd edək ki, bu yarışlarda idmançılarımız  respublikamıza 4 qızıl medal qazandırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi