Gələcəyin rəssamı Aygün

  Bu gün məktəbimizə daha bir şad xəbər gəldi. Öz istedadı ilə seçilən yaradıcı şagirdlərimizdən biri - 10-cu sinifdə oxuyan Əfəndiyeva Aygünün 9 Noyabr  Bayraq Gününə həsr edilmiş rəsm müsabiqəsində 1-ci yer tutduğu məlum oldu. Bu münasibətlə o, diplomla təltif edilmişdir. Məktəbimizin direktoru Südabə Abdullayeva diplomu Aygünə təqdim edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Südabə xanım məktəbdə Aygünün gözəl rəsmlərindən ibarət sərginin təşkil edilməsini təklif etdi. O, Aygün kimi istedadların üzə çıxarılması üçün bundan sonra da əlindən gələni edəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi