Müəllimlər anım günündə

    12 dekabr  xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ümümmilli liderin anım günü ilə bağlı tədbirlər məktəbimizin müəllimlər otağında davam etdirildi. Direktor Südabə     Abdullayeva  pedaqoji heyəti müəllimlər otağına toplayaraq unudulmaz tarixi  şəxsiyyət Heydər Əliyevin fəaliyyəti haqqında geniş söhbət açdı. Onun ölkəsinə, millətinə olan sevgisindən, qayğısından danışdı.  O qeyd etdi ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti Vətəninə, xalqına, onun tarixinə, mədəniyyətinə son dərəcə böyük sevgi və qayğı ilə zəngindir. Məhz ulu öndərin səyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu. Heydər Əliyev çox böyük məharətlə ölkənin neft strategiyasını işləyib hazırladı.1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu sənəd çox böyük iqtisadi və siyasi dəyərə malik idi. Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi oldu. Bununla o, dünyanın enerji xəritəsini dəyişdi. Ulu öndər Azərbaycan iqtisadiyyatını dirçəltdi, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırdı. Heydər Əliyevin dövlətçilik və idarəetmə bacarığı bütün dünyada yüksək qiymətləndirilmişdir. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı Gələcəyə hesablanmiş uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Sonda dahi lider bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi