"Sağlam təhsil - sağlam millət"

  “Sağlam təhsil - sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini aradan qaldırmaq, şagirdlərin sağlamlığını qorumaqdır. Buna nail olmaq üçün “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində tibbi yoxlamalar tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkar edir. Belə siniflərdə təhsil alan şagirdlər fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf edir, onların öyrənmə qabiliyyəti, emosional-psixoloji durumu yüksək olur. “Sağlam təhsil – sağlam millət” layihəsinin 279 nömrəli tam orta məktəb üzrə həkim-kuratoru Əlizadə Aynur xanım məktəbimizdə şagirdlərin sağlamlığının qayğısına qalmaq, sağlamlıq vəziyyətini müəyyənləşdirmək məqsədilə yoxlama keçirdi. Sayrışan işıqlar və göz trenajoru siniflərdə həkimin iştirakı ilə icra olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi