Ümummilli liderin anım günü

   10 dekabrda Suraxanı Rayon İcra Hakimiyyətinin binası önündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilmişdir. Məktəbimizin direktoru  Südabə Abdullayeva, direktor müavinləri və məktəbin bütün  pedaqoji  heyəti ümummilli lider  Heydər Əliyevin anım günü ilə bağlı həmin yerə toplaşmışdılar. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri hər kəsin xatirəsində yenidən canlandı. Təhsilin inkişafına böyük diqqət və qayğı göstərən dahi siyasətçi dəfələrlə Suraxanı rayonunda olmuş, sakinlərin yaddaşında silinməz izlər buraxmışdı. Rayonun bütün pedaqoji heyəti ilə bərabər bizim kollektivimiz də  Heydər Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin binası qarşısında yerləşən parkda qoyulmuş büstü önünə güllər qoymaqla  Ümummilli liderin xatirəsini  bir daha yad etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi