Şagirdin nailiyyəti26-27 noyabr tarixlərində Azərbaycan Karate Təşkilatının "Caspian Open" Beynəlxalq karate turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə Bakı İdman Sarayında keçirilən yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib. Turnirdə 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər mübarizə aparıblar.
Məktəbin 5 “A” sinif şagirdi Teymur Hüseynov 9 yaşarası 40 kq çəki dərəcəsində yarışaraq III yerə layiq görülüb və diplomla təltif edilib.
Şagirdin nailiyyətiMəktəbin rus bölməsinin 6 “A” sinif şagirdi Fərhad Mustafayev Bolqarıstanın Sofiya şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 36-cı dünya çempionatında 3-cü yerə layiq görülüb.
Şagirdin nailiyyətiMəktəbin 6 “B” sinif şagirdi Hüseyn Qasımlı cüdo üzrə “Əhmədli” idman klubunun açıq birinciliyində 2010/2011-ci il təvəllüdlü cüdoçular arasında 40 kq çəki dərəcəsində III yerə layiq görüldüyünə görə diplomla təltif olunub.