Şagirdin nailiyyətiMəktəbin 10 “E” sinif şagirdi Muhamməd İmamzadə 16 oktyabr 2022-ci il tarixində Zirvə Academy MMC-nin nəzdində fəaliyyət göstərən Riyaziyyat klubunun keçirdiyi yarışda 2-ci yerə layiq görülüb və sertifikatla təltif edilib.
"Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilmiş treninqMəktəbin psixoloqu Ayan Hüseynli Azərbaycan Respublikasi Narkomanliğa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşi Mübarizə üzrə Dövlət Komissiyasinin daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkil etdiyi “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilmiş treninqdə iştirakına görə sertifikatla təltif edilib.
Müəllim nailiyyətiMəktəbin rus bölməsinin fizika müəllimi Nuranə Məlikova Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilən 4-15 oktyabr 2021-ci il tarixində “STEAM Azerbaijan” layihəsi çərçivəsində STEAM modulları üzrə 48 saatlıq təlim proqramını distant şəkildə dinləmişdir və sertifikatla təltif edilmişdir.