Şagirdin nailiyyətiMəktəbin rus bölməsinin 3 “A” sinif şagirdi Rüzgar Efe şahmat üzrə təsnifat turnirində IV dərəcə uğrunda I yerə layiq görüldüyü üçün diplomla təltif edilib.
Şagirdin nailiyyəti13-15 dekabrda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçirilib. Məktəbin rus bölməsinin 11 “A” sinif şagirdi Davud Namazlı yarışda iştirak edib və 90 kq çəki dərəcəsində III yerə layiq görüldüyü üçün diplomla təltif edilib.
Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Şagirdin nailiyyətiMəktəbin 5 “Ə” sinif şagirdi Rəsul Abdullayev Azərbaycan Fullcontact Kyokusin Karate Federasiyasının Bakı şəhər açıq turnirində Kuaksin karate üzrə 40 kq çəki dərəcəsində 10-11 yaşlı idmançılar arasında II yerə layiq görülüb və diplomla təltif edilib.