Şagirdin nailiyyətiMəktəbin 7 “D” sinif şagirdi Əhmədova Xədicə Cəlil qızı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “20 Yanvar-Qəhrəmanlıq Salnaməsi” mövzusunda keçirdiyi rəsm müsabiqəsində fəal iştirak etdiyi üçün sertifikatla təltif edilib.
Şagirdin nailiyyətiMəktəbin rus bölməsinin 3 “A” sinif şagirdi Məryəm Şirməmmədli Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idmanın “Kapoyero” növü üzrə keçirilən Respublika çempionatında yarışıb və III yerə layiq görüldüyü üçün diplomla təltif edilib.
Şagirdin nailiyyətiMəktəbin 7 “Ç” sinif şagirdi Ayan Yusifzadə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idmanın “Taekvondo” növü üzrə keçirilən Azərbaycan birinciliyində 51 kq çəki dərəcəsində yarışıb və III yerə layiq görüldüyü üçün diplomla təltif edilib.