Nailiyyətlərimiz

Karate üzrə nailiyyətMəktəbin 9"D" sinif şagirdi Elnur İbadov, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə karate idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən Respublika birinciliyində 52 kq çəki dərəcəsində II yerə layiq görülüb və diplomla təltif edilib.

“Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda inşa müsabiqəsiNizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda inşa müsabiqəsi keçirilib. Məktəbin 7C sinif şagirdi Südabə Abdullayeva bu müsabiqədə fəal iştirakı ilə seçilərək diplomla təltif olunub.

Qürurverici nəticəMəktəbin rus bölməsinin 4A sinif şagirdi Səmanur Salahova, 12 aprel 2025-ci il tarixində keçirilən “SPRING MIRACLE” bədii gimnastika üzrə 9-cu açıq çempionatda uğurla çıxış edərək 2015 C Light WA kateqoriyası üzrə 1-ci yerə layiq görülüb və diplomla təltif edilib.

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Rüzgar Efe Baran

Fərhad Mustafayev Adil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi