Kikboksinq üzrə nailiyyətMəktəbin 6B sinif şagirdi Əbdül Şamilov “Naxçıvan” kikboksinq idman klubunun təşkil etdiyi açıq birincilikdə 2011–2013-cü il təvəllüdlü idmançılar arasında 32 kq çəki dərəcəsində kikboksinq növü üzrə I yerə layiq görülərək diplomla təltif olunub.
Cüdo üzrə nailiyyətMəktəbin 2Ç sinif şagirdi Zeynəb Nəzərova idman sahəsində böyük uğura imza atıb.
Zeynəb “Bakı cüdo klubu”nun kiçik yaşlı uşaqlar arasında təşkil etdiyi açıq birincilikdə iştirak edərək, 22 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib və I yerə layiq görülüb.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurMəktəbin 4Ə sinif şagirdi Zahidə Alışova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlu nəticə göstərərək diplomla təltif olunub.