Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurMəktəbin rus bölməsinin 5K sinif şagirdi Yunis Ağayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlu nəticə göstərərək diplomla təltif olunub.
Muay-Tay idman üzrə nailiyyətMəktəbin şagirdi Həsrət Həsənli Muay-Tay idman növü üzrə Laçın idman klubunun təşkil etdiyi, şəhid Elçin Həsənlinin əziz xatirəsinə həsr olunmuş turnirdə 34 kq çəki dərəcəsində, 2023-cü il təvəllüdlü idmançılar arasında I yerə layiq görülüb və diplomla təltif edilib.
Müəllim nailiyyətiMəktəbin informatika müəllimi İlhamə Qələndərova “STEAM Azərbaycan” layihəsi tərəfindən müəllimlər üçün təşkil edilən STEAM təlimlərini müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif edilib.
Təlim zamanı tədris edilmiş proqramlar:
STEAM təhsili STEAM Metodologiyaları (PBL, İBL, Mobile Learning və s) - 8 saat,
Erkən proqramlaşdırma və dinamik alqoritm - 8 saat,
Bir platalı platformalarda kodlaşdırma (Mikrobit-Arduino) - 10 saat,
Rəqəmsal incəsənət. 3D modelləşdirmə və dizayn (CAD/CAM sistemləri) - 10 saat,
Elektrik mühəndisliyi - 4 saat,
Aerodinamika və uçan aparatlar (dron texnologiyaları və kodlaşdırma) - 4 saat,
Sahibkarlıq və əməkdaşlıq bacarıqları - 4 saat