STEAM təlimiMəktəbin informatika müəllimi İlhamə Qələndərova “STEAM Azərbaycan” layihəsi tərəfindən müəllimlər üçün təşkil edilən STEAM təlimlərini müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif edilib.
Təlim zamanı tədris edilmiş proqramlar:
STEAM təhsili STEAM Metodologiyaları (PBL, IBL, Mobile Learning və s)
Nano- və Biotexnologiya
Bir platalı platformalarda kodlaşdırma (Mikrobit-Arduino)
Rəqəmsal incəsənət. 3D modelləşdirmə və dizayn (3D printer)
Elektrik mühəndisliyi
Aerodinamika və uçan aparatlar (dron texnologiyaları və kodlaşdırma)
— 52 saat
Güləş üzrə nailiyyətMəktəbin rus bölməsinin 5A sinif şagirdi Hüseyn Həsənəliyev “Birlik Güləş Klubu”nun yeniyetmələr və kiçik yeniyetmələr arasında keçirilən Respublika turnirində 32 kq çəki dərəcəsində II yerin qalibi olaraq diplomla təltif olunub.
Cüdo üzrə nailiyyətMəktəbin 2Ç sinif şagirdi Zeynəb Nəzərova “Xəzri kuboku” cüdo üzrə turnirdə 2016-2017-ci il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında 22 kq çəki dərəcəsində II yeri tutaraq diplomla təltif olunub.