Nailiyyətlərimiz

Cüdo üzrə nailiyyətMəktəbin rus bölməsinin 10K sinif şagirdi Yusif Məhəmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin “Novruz bayramı”na həsr olunan 2009-2010-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən cüdo üzrə açıq birinciliyində 50 kq çəki dərəcəsində I yerə layiq görülüb və diplomla təltif edilib.

Beynəlxalq Fibonacci Robot Olimpiadasında qalibiyyətMəktəbin 8E sinif şagirdi Zəhra Ələsgərli Bakıda keçirilən Beynəlxalq Fibonacci Robot Olimpiadasında Girls Triathlon kateqoriyası üzrə komandası ilə birlikdə uğur qazanıb. Onlar Spike Lego Robot hazırlayaraq yarışda 2-ci yerə layiq görülüblər və sertifikatla təltif ediliblər.

Karate üzrə nailiyyətMəktəbin 9D sinif şagirdi Elnur İbadov “Qarabağ Karate Klubu” MMC-nin şəhid Elzar Yusubovun xatirəsinə həsr olunan turnirdə möhtəşəm çıxışı ilə fərqlənib. O, 14-15 yaş, 50 kq çəki dərəcəsində kumite üzrə rəqiblərinə qalib gələrək I yerə layiq görülüb və diplomla təltif edilib.

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Səbinə Əliyeva Süleyman

Fatimə Zeynalova Nurulla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi