Müəllimlər gününə həsr edilmiş sərgi

Müəllim hörmətli, vacib, məsuliyyətli bir peşədir. Bu insanlar bizə erkən yaşdan etibarən bilik verir. Üstəlik, bizi tərbiyə edirlər. Hər il, 5 oktyabr ərəfəsində, uşaqlar öz əlləri ilə Müəllimlər Günü üçün divar qəzetləri yaratmağa başlayırlar. Məktəbin müxtəlif sinif şagirdləri arasında “Beynəlxalq Müəllimlər Günü”nə həsr edilmiş müsabiqə təşkil edilmişdir. İbtidai və yuxari sinif şagirdlərinin birgə iştirak etdikləri müsabiqədə şagirdlər hazırladıqları divar qəzetlərini, açıqcaları və bir-birindən gözəl əl işlərini məktəbin foesində təşkil edilmiş sərgidə nümayiş etdirdilər. İşlərə baxış keçirilmiş və seçilən ən yaxşı rəsmlər və divar qəzetləri fərqləndirilmişdir. Şagirdlər müəllimlərinə olan sevgilərini və xoş münasibətlərini çəkdikləri şəkillərdə biruzə vermişlər. Şagirdlər qeyd etdilər ki, bu bayram müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bir vasitədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi