"Səmərəli və effektiv dərsin qurulması" mövzusunda təlim

Məktəbin direktoru Anar Mustafazadə tərəfindən ibtidai sinif müəllimləri üçün "Səmərəli və effektiv dərsin qurulması" mövzusunda təlim təşkil olunub.
Təlim zamanı dərsin planlaşdırılması, təlim strategiyalarının düzgün seçilməsi və şagird yönümlü yanaşmaların tətbiqi ilə bağlı faydalı məlumatlar müəllimlərlə bölüşülüb. Müəllimlər təlimdə fəal iştirak edərək suallarını ünvanlayıb, fikir mübadiləsi aparıblar.