Məktəbdə maraqlı seminar

Məktəbin akt zalında 10Ç sinif şagirdi Jalə Muradlının təqdimatında “Uğura gedən yolda – NASA təcrübələri” mövzusunda şagirdlərlə seminar keçirilib.

Seminar zamanı Jalə əldə etdiyi bilik və təcrübələrini məktəb yoldaşları ilə bölüşüb, onlara elmə marağın və əzmkarlığın necə böyük uğurlara aparacağından bəhs edib.

Qeyd edək ki, Jalə “NASA uzaq məsafədən idarə olunan rover yarışması”nda uğurla iştirak edərək 2-ci yerin sahibi olub. Bu nailiyyəti ilə o, məktəbimizi və ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi