Qızıl payızı təbiətin bir möcüzəsidir

Payız ilin ən gözəl fəsillərindən biridir. Təəssüf ki, bu gözəllik çox davam etmir. Qırmızı, sarı, narıncı yarpaqlar tökülür. Otlar saralır, güllər solur. Havalar günü-gündən yağışlı, tutqun və soyuq olmağa başlayır. Payız fəslinə el arasında "qızıl payız" da deyirlər. Payız ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir. Qızıl payızı təbiətin bir möcüzəsidir. Payızda sanki yerə sarı qızılı rəngli xalı döşənir. Çinar ağacının yarpaqları isə bu xalıya ayrıca bir naxış verir. Payızı duymaq, onu hiss etmək, onunla iç-içə yaşamaq insana bir başqa zövq verir. Payız fəslində ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, yenicə yağmış yağışın altında islanmaq insana sanki yenidən doğulmuş hissi verir. Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir.
İbtidai sinif müəllimi Sevil Rəfiyeva rəhbəri olduğu 2 “B” sinif şagirdləri ilə məktəbin həyətində payız mövzusunda söhbət aparmış və fotosessiya etmişdir.