Şagirdlərimiz Çörək zavodunda

Çörək insanların gündəlik qida rasionunda mühüm yer tutur. Onun istehsal prosesi ilə yaxından tanış olmaq həm maraqlı, həm də maarifləndirici bir təcrübədir. Bu prosesi yaxından izləmək üçün məktəb-liseyin ibtidai sinif müəllimi Aytən Mansurova 4d sinfi ilə №1 Çörək Zavoduna ekskursiya edib. Zavodda müxtəlif növ çörəklərin robotlaşdırılmış avadanlıqlarla əl dəymədən hazırlanması şagirdlərin marağına səbəb olub. Ekskursiyanın sonunda hər bir şagirdə təzə bişmiş çörək hədiyyə olunub. Bu ekskursiya şagirdlərə yeni biliklər qazandırmaqla yanaşı, gündəlik həyatda istifadə etdiyimiz çörəyin necə hazırlandığını əyani şəkildə görməyə imkan verib.