Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Məktəb-liseydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin həyat fəaliyyətinə nəzər salınıb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Şagirdlərimiz vətənpərvər ruhda şeirlər və mahnılar söyləyiblər, rəqslər ifa olunub, videoçarxlar nümayiş olunub. .Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxunulub.Məktəb-liseyin direktoru Könül Məmmədli tədbirdə çıxış edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb. Qeyd edib ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi