Braziliyalı eksperlərlə maraqlı görüş

Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya Milli peyk müsabiqəsi iştirakçıları üçün maraqlı bir gün təşkil edib. Aprelin 26-da məktəb-liseyin şagirdləri ingilis dili müəllimi Zülfiyyə Bayramovanın rəhbərliyi ilə ölkəmizdə qonaq olan Braziliya Kosmik Agentliyinin və IDEIA şirkətinin ekspert heyəti ilə görüşüblər. Görüşdə məktəblilər onlar üçün təşkil olunan masterklasslarda fəal iştirak ediblər. Tədbirin keçirildiyi KOSMİK Akademiya (Landmark III Biznes Mərkəzi, I mərtəbə) məktəblilər üçün həm elmi baxımdan zəngin, həm də ruhlandırıcı bir təcrübə məkanına çevrilib.